Mal-qara oğurlayan qadın həbs edilib

mal-qara-ogurlayan-qadin-hebs-edilib
Oxunma sayı: 1698

İmişlidə iribuynuzlu heyvan oğurlayan kənd sakini saxlanılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, noyabrın 4-nə keçən gecə İmişli rayonunun Qaradonlu kəndinin otlaq sahəsindən kənd sakini, Camal Heydərova məxsus 4 baş inək oğurlanıb.

İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iribuynuzlu inəkləri oğurlamaqda şübhəli bilinən Qaradonlu kənd sakini Asya Mehbalıyeva şübhəli şəxs qismində saxlanılıb.