Mal-qaranın qiyməti artıb- - Video

mal-qaranin-qiymeti-artib-
Oxunma sayı: 1618


“Qafqazinfo” TTV-ə istinadən xəbər verir ki, Tovuzun mal bazarına ətraf rayonlarla yanaşı qonşu Gürcüstandan hətta Ukraynadan da heyvan gətirilir. Ukraynadan əsasən xırda buynuzlu, qonşu Gürcüstandan isə iri buynuzlu heyvanlar gətirilir. Qiymətlərə gəlincə isə Gürcüstandan gələn malla bizim mal arasında çox fərq var. Məsələn 100 kiloqramlıq heyvan burada 700 manatdırsa oradan gələn heyvanın qiyməti 600-650 manatdır. Xırda heyvanın qiyməti isə dəyişməz olaraq qalır.

Qiymətlərdə dəyişiklik mövsümi amillə yanaşı həm də otun qiymətinin artımı ilə bağlıdır. Hazırda bir bağlama otun qiyməti 3-4 manata qədər artıb. Bu da əsasən havaların quraqlıq keçməsi və otun məhsuldarlığının az olması ilə bağlıdır. Qiymətdə fəqrqlərə baxmayaraq alıcılar daha çox yerli heyvanların alışına üstünlük verir. Bu da yerli heyvanların ətinin daha dadlı olması ilə bağlıdır.