Malayziyanın eks-baş naziri saxlanılıb

malayziyanin-eks-bas-naziri-saxlanilib
Oxunma sayı: 801

Malayziyanın sabiq baş naziri Nəcib Tun Razak saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin anti-korrupsiya idarəsi bəyanat yayıb. Bildirilir ki, eks-nazir israfçılıqda ittiham edilir. İstintaq hesab edir ki, Razak nazir postunda olduğu dövrdə 2,6 milyard rinqqit (628 mln. dollar ) vəsaiti israf edib. Onun bu məbləği 1MDB dövlət investisiya fondundan mənimsədiyi ehtimal edilir. 

Qeyd edək ki, avqustda sabiq hökumət başçısı barədə “çirkli pulların yuyulması” maddəsilə cinayət işi qaldırılıb.

Aysel Kərimova