Maldivdə müxalifətçi prezident seçkilərində qalib gəlib

maldivde-muxalifetci-prezident-seckilerinde-qalib-gelib
Oxunma sayı: 967

Maldiv Respublikasında müxalifətdən olan namizəd İbrahim Məhəmməd Saleh prezident seçkilərinin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Saleh ötən gün baş tutan seçkilərdə hazırki prezident Abdulla Yaminin 41,6 faizlik səsinə qarşı 58,4 faiz səs toplayıb. 

Səsvermədə ümumilikdə 232 mindən çox insan iştirak edib. Onların 134 minindən çoxu Salehin leyhinə səs verib. 

Maldiv dövlət başçısı Abdulla Yamin məğlubiyyətini və rəqibinin qalibiyyətini təsdiqləyib.