Maliyyə naziri artımdan danışdı

maliyye-naziri-artimdan-danisdi
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, bunu bu gün Bakıda keçirilən II Beynəlxalq Sığorta Forumunda çıxış edən maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, 2010-cu ildə adambaşına düşən sığorta haqqı 17,2 manat təşkil edib.

Sığorta bazarında elektron imzanın tətbiqi ilə bağlı qanuna gəlincə, S. Şərifov bildirib ki, qanun hazırlandıqdan sonra müvafiq dövlət qurumlarına göndəriləcək və elektron imza ola bilsin ki, bu ildən tətbiq olunsun.

Ölkədə büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması ilə bağlı işlər gəlincə nazir əlavə edib ki, 2011-ci ildə bu istiqamətdə analoji addımlar atılacaq. Əmək haqlarının artırılması büdcə sahəsində çalışan təxminən 600 min nəfəri əhatə edəcək.

Nigar Məmmədli