Maliyyə piramidası yaratdı - 13 min il həbs cəzası verildi

Maliyyə piramidası yaratdı
Oxunma sayı: 1832

Taylandda Pudit Kittitradilok adlı şəxs maliyyə piramidasının təşkilinə görə 13275 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, 34 yaşlı fırıldaqçı Karlo Pontsi sxemi üzrə 40 min nəfərə yaxın insandan pul yığılmasını təşkil edib. İnvestorlar onun şirkətinə 160 milyon dollar yatırım ediblər.

Məhkəmə Kittitradiloku 2653 maddə üzrə təqsirli bilib.

Təqsirləndirilən günahını etiraf etdiyinə görə, həbs müddəti iki dəfə azaldılıb və o 6637 il həbs cəzası alıb.

Məhkəmənin qərarı ilə Kittitradiloku zərərçəkmiş 2653 nəfərə 17 milyon dollar ödəməli olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi