Maliyyə Sabitliyi Şurası toplantı keçirdi

maliyye-sabitliyi-surasi-toplanti-kecirdi
Oxunma sayı: 1458

Bu gün Maliyyə Sabitliyi Şurasının iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasa Baş nazir, Şuranın sədri Novruz Məmmədov sədrlik edib. İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib. 

Bildirilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanıb, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib. Cari ilin 9 ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 1% artıb. Qeyri-neft sənayesində 10.8%, kənd təsərrüfatında 4.3%, informasiya və rabitə xidmətlərində 7.7%, ticarətdə 2.7%-lik artıma nail olunub. 

İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10.1 milyard manat investisiya yönəldilib. 

Əhalinin gəlirləri 9.5% artmaqla inflyasiyanı 6.9% üstələyib.

Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.