Maliyyəsi 1,4 milyon dollar azaldılır, prezident fondu ləğv edilir - Gürcüstanda büdcə islahatı

maliyyesi-14-milyon-dollar-azaldilir-prezident-fondu-legv-edilir
Oxunma sayı: 1770

Gələn ildən Gürcüstan prezident administrasiyasının maliyyələşməsi 3,8 milyon lari (1,4 milyon dollardan çox) azaldılacaq. Bundan başqa, prezident fondu tamamilə ləğv ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu dəyişikliklər ölkənin 2019-cu il büdcə layihəsində yer alıb. 

Əgər 2019-cu il büdcəsinin əvvəlki versiyasında prezident administrasiyasının maliyyələşməsinə 9,8 milyon lari (3,6 milyon dollardan çox) ayrılması nəzərdə tutulurdusa, yekun variantda bu məbləğ 6 milyon lariyə kimi azaldılıb. 

Dövlət büdcəsi layihəsinə görə, prezident administrasiyası əməkdaşlarının sayının iki dəfədən çox azaldılması planlaşdırılır.

Xatırladaq ki, Gürcüstanda noyabrın 28-də keçirilən prezident seçkilərində hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili 59,52 faiz səslə qalib gəlib.