Malta – Azərbaycan oyununun hakimləri bəllidir

malta-azerbaycan-oyununun-hakimleri-bellidir
Oxunma sayı: 2881

UEFA Millətlər Liqasının 2-ci turunda millimizin Malta ilə səfər oyunu üçün hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, matçı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona yan xətdə Milutin Cukiç və Yovitsa Tatar kömək edəcək. Dördüncü hakim  Aleksandar Cikanoviçdir. 

Qeyd edək ki, sentyabrın 10-da Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.