Manafort etiraf etdi - Trampa daha bir zərbə

Manafort etiraf etdi
Oxunma sayı: 2800

ABŞ prezident Donald Trampın seçkilər zamanı təbliğat-təşviqat komandasına rəhbərlik etmiş Pol Manafort Vaşinqton Federal Məhkəməsində hakim qarşısına çıxarılıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Manafort seçkilərdə ABŞ əleyhinə gizli razılaşma və ədaləti təmin etməyin qarşısını almaq üzrə ittihamları qəbul edib.

O, bu işdə prokuror Robert Müllerlə razılığın əldə olunduğunu etiraf edib.

Qeyd edək ki, seçkilərdə saxtakarlıq və Rusiyanın müdaxiləsi ilə bağlı aparılan istintaq çərçivəsində Trampın sabiq vəkili Maykl Kohen də əməllərini etiraf etmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi