Manafovun adına saxta hesab açdılar

Manafovun adına saxta hesab açdılar
Oxunma sayı: 1110

“Fəxrəddin Manafov heç bir sosial şəbəkədən istifadə etmir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist, tanınmış aktrisa Mehriban Zəki “facebook” sosial şəbəkəsində  yazıb. 

Aktrisa bildirib ki, həmkarı, xalq artisti Fəxrəddin Manafovun adına açılan instaqram səhifəsi saxtadır. 

O, “fexreddinmanafov_official” hesabının rəsmi olmadığını bildirib:

“Lütfən, maksimum dərəcədə paylaşaq. Bu səhifənin sahibi Fəxrəddin Manafov deyil. O, heç bir sosial şəbəkədən istifadə etmir”.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi