Manat 1,4 faiz möhkəmlənib

manat-14-faiz-mohkemlenib
Oxunma sayı: 675

Azərbaycan Mərkəzi Bankından “Qafqazinfo”ya verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektoru üzrə həm nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə - 1,7%), həm də real effektiv məzənnə (0,8%) ucuzlaşmaqla bu sektorun rəqabət qabiliyyətini yaxşılaşdırıb. Tərəfdaş ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə (REM) 1,6 faiz bəndi azaldıcı təsir göstərib. Qeyri-neft ixracının 80%-indən çoxunun getdiyi yaxın xaric ölkələrinə nəzərən isə REM 3,1% ucuzlaşıb.

Beləliklə, cari ilin 6 ayı ərzində valyuta bazarı əsasən özünütənzimləmə rejimində fəaliyyət göstərib, ikitərəfli məzənnənin kəskin tərəddüdləri müşahidə edilməyib, çoxtərəfli məzənnə isə ölkənin beynəlxalq rəqabət şəraitini yaxşılaşdırmaq istiqamətində dəyişib.

Nigar Məmmədli