“Manat yığım vasitəsi funksiyasını bərpa etməyə başlayıb” - Baş bankir

“Manat yığım vasitəsi funksiyasını bərpa etməyə başlayıb”
Oxunma sayı: 1283

“2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb”.

“Qafqazinfo” Mərkəzi Banka istinadən xəbər verir ki, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB  İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib:

“2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb”.

E. Rüstəmov əlavə edib ki, valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi