Manatın hərrac qiyməti açıqlandı

manatin-herrac-qiymeti-aciqlandi
Oxunma sayı: 678

Aprelin 20-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 20.04.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində müəyyən olunub.