Manatla qoyulan əmanətin həcmi artıb

manatla-qoyulan-emanetin-hecmi-artib
Oxunma sayı: 979

Sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6895,5 milyon manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, əmanətlərin 72,2 faizi xarici, 27,8 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə 23,1 faiz azalıb.

Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,73) manata, 1 avroya-2,03 manata (1,92), 100 rus rubluna 2,95 manata (2,97) bərabər olub.