“Manbicdən çıxmayacağıq” - Amerikalı komandir

manbicden-cixmayacagiq
Oxunma sayı: 1960

ABŞ Mərkəzi Qüvvələrinin komandiri Jozef Votel Suriyanın Manbic bölgəsindən geri çəkilməyəcəklərini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “ABŞ terror təşkilatı ilə əlaqəsini kəsməli və dərhal Manbicdən çıxmalıdır” sözlərinə cavab olaraq bu məsələnin gündəmdə olmadığını bildirib.

J.Votel bununla da Türkiyə ordusuna “Manbicə gəlsələr, qarşılarında bizi görəcəklər” mesajını verib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindən sonra Manbicin də terrorçulardan təmizlənəcəyini açıqlamışdı.