Mançester derbisini “Siti” qazandı - Video

mancester-derbisini-siti-qazandi
Oxunma sayı: 1845

Bu gün İngiltərə Premyer Liqasının 16-cu turunun mərkəzi qarşılaşması Mançester şəhərində baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Yunayted” - “Mançester Siti” matçında azarkeşlər 3 qol izləyiblər.

Derbidə 1-2 hesabı ilə qələbə qazanan “Siti”, liderliyini daha da möhkəmləndirib və “Mançester Yunayted”lə xal fərqini 11-ə çatdırıb.

“Mançester Yunayted” – “Mançester Siti” - 1:2

Qollar: 45+2 - Reşford – 43 - David Silva, 54 – Otamendi.