“Mançester Siti” 3 xalı 3 qolla qazandı - Video

mancester-siti-3-xali-3-qolla-qazandi
Oxunma sayı: 1171

İngiltərə Premyer Liqasında 22-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Mançester Siti” öz meydanında “Vulverhempton”la qarşılaşıb.

Meydan sahibləri bu görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib. “Mançester Siti” bu qələbədən sonra xalını 53-ə çatdırıb və lider “Liverpul”la 4 xallıq fərqi qoruyub.

“Vulherhempton” isə 29 xalda qalaraq 11-ci pilləyə geriləyib.

“Mançester Siti” - “Vulverhempton” - 3:0

Qol: Q.Xesus, 10; 39-pen. Koudi, 78-öz qapısına.