“Mançester Siti” “Çelsi”yə uduzdu - Video

mancester-siti-celsiye-uduzdu
Oxunma sayı: 2550

Londonun “Çelsi” klubu İngiltərə çempionatının 16-cı turunda “Mançester Siti” üzərində qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Londonda keçirilən matç 2:0 ev sahiblərinin xeyrinə bitib. Qolların müəllifi N'Qolo Kante (45) və David Luis (78) olub. 

41 xal yığan “Mançester Siti” turnir cədvəlində 2-ci, “Çelsi” 31 xalla 3-cü yerdə qərarlaşıb.