“Mançester Siti” finala çıxdı - Video

mancester-siti-finala-cixdi
Oxunma sayı: 1234

İngiltərə Liqa kubokunun yarım final mərhələsinin cavab oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Bristol Siti” öz meydanında “Mançester Siti”ni qəbul edib. Qarşılaşma qonaqların 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında keçirilən ilk oyunda da Qvardiolanın komandası 2-1 hesabı ilə qalib gəlmişdi.

“Bristol” 2-3 “Mançester Siti”

Qollar: Sane 43; Aquero 49 (0-2); Pak 64; Flint 90+4 (2-2); Kevin De  Bruyne 90+6 (2-3)