“Mançester Siti” “Haddersfild”i darmadağın etdi - Video

mancester-siti-haddersfildi-darmadagin-etdi
Oxunma sayı: 3458

İngiltərə Premyer Liqasının ikinci turunun növbəti oyununda “Mançester Siti” qonaq etdiyi “Haddersfild Taun”u 6:1 hesabla darmadağın edib.

“Qafqazinfo” xəbər verir ki, “Etihad” stadionunda baş tutan matçda “Mançester”in qollarını 25, 35 və 75-ci dəqiqələrdə Serxio Aquero, 31-ci dəqiqədə Qabriel Jesus, 48-ci dəqiqədə David Silva və 84-cü dəqiqədə Terens Konqolo (öz qapısına) vurub. Oyunun 43-cü dəqiqəsində qonaqların oyunçusu Con Qorents Stankoviç “Mançester siti”nin qapısından top keçirib. 

İngiltərə Premyer Liqasının üçüncü turunda "Mançester Siti" səfərdə "Vulverhempton", "Haddersfild" isə "Kardiff Siti" ilə qarşılaşacaq.