“Mançester Siti” öz meydanında xal itirdi - Video

mancester-siti-oz-meydaninda-xal-itirdi
Oxunma sayı: 632

İngiltərə Premyer Liqasının 2-ci turunun son matçında “Mançester Siti” öz meydanında “Everton”u qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, ilk turda qalib gəlmiş hər iki klub bu dəfə bərabərliyə razı olub.

Matçda hesab 35-ci dəqiqədə açılıb. 10 ildən sonra doğma klubuna qayıdan Ueyn Runi “Everton”u önə keçirib. Lakin, “Everton” hesabı sona qədər qoruya bilməyib.

82-ci dəqiqədə Sterlinq “Mançester Siti”nin bərabərlik qolunu vurub və matç da 1:1 başa çatıb.

“Mançester Siti” – “Everton”  -  1:1

Qollar: 35 – Runi (0:1), 82 – Sterlinq (1:1)

Qırmızı vərəqələr: 44 – Kayl Uolker (“Mançester Siti”), 88 – Şneyderlin (“Everton”)