“Mançester Siti” penaltilərlə qalib gəldi - Video

mancester-siti-penaltilerle-qalib-geldi
Oxunma sayı: 1375

İngiltərə Liqa kubokunda ¼ final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti” səfərdə “Lester Siti” ilə qarşılaşıb.

Əsas və əlavə vaxtı 1:1 başa çatan matçın taleyini penalti seriyası müəyyənləşdirib. Burada daha dəqiq oynayan “Mançester Siti” matçın qalibi olub və yarımfinala vəsiqə qazanıb.

Digər matçda isə “Berton Albion” “Midlsbro”nu məğlub edərək mərhələ adlayıb.

Yarımfinala yüksələcək son iki komanda isə bu gün “Arsenal” - “Tottenhem” və “Çelsi” - “Bornmut” matçlarından sonra məlum olacaq.

“Lester” - “Mançester Siti” - 1:1 (Penaltilər seriyasında - 1:3)

Qollar: Kevin De Brüyne, 14 (0:1), Mark Olbrayton, 73 (1:1)

“Midlsbro” - “Berton Albion” - 0:1

Qol: Ceyk Hesket, 48