“Mançester Siti”dən gözlənilməz məğlubiyyət - Video

“Mançester Siti”dən gözlənilməz məğlubiyyət
Oxunma sayı: 2085

Çempionlar Liqasında daha bir klub ¼ finala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 1/8 final mərhələsində ilk matçda səfərdə “Bazel”i 4 cavabsız qolla məğlub edən “Mançester Siti”, cavab matçında sürpriz nəticəyə imza atıb.

Hesabı İngiltərə təmsilçisi açsa da, “Bazel” güclü rəqibinə qarşı mübarizəni buraxmayıb. Belə ki, İsveçrə təmsilçisi 2 qol vuraraq səfərdə sürpriz qələbə qazanıb.

Məğlubiyyətə baxmayaraq “Mançester Siti” iki oyunun ümumi nəticəsinə əsasən mərhələ adlayıb.

“Mançester Siti” (İngiltərə) – “Bazel” (İsveçrə) - 1:2

Qollar: Jesus, 8 - Elyunusi, 17, Lanq, 72

İlk oyun – 4:0


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi