“Mançester Siti”dən yeni rekord, ardıcıl 15-ci qələbə - Video

mancester-sitiden-yeni-rekord-ardicil-15-ci-qelebe
Oxunma sayı: 1234

İngiltərə Premier Liqasının 17-ci turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Svonsi” öz meydanında “Mançester Siti”ni qəbul edib. Qarşılaşma qonaqların 4-0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ardıcıl 15-ci oyundur ki, meydandan 3 xalla ayrılır.

“Svonsi” 0-4 “Mançester Siti”

Qollar: Silva 27, 52; Bruyne 34; Aquera 85

Qeyd edək ki, “Mançester Siti” Premier Liqa tarixindən ardıcıl ən çox qələbə qazanan klub adını qazanıb. Bundan əvvəl ardıcıl 14 qələbə qazanan “Arsenal” bu rekorda sahib idi.