“Mançester Yunayted” məğlub oldu, “Mançester Siti” çempion oldu - Video

“Mançester Yunayted” məğlub oldu, “Mançester Siti” çempion oldu
Oxunma sayı: 1323

İngiltərə Premyer Liqasında çempion sona 5 oyun qalmış rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, bu, “Mançester Yunayted” - “Vest-Bromviç” matçından sonra baş verib.

Belə ki, ikinci pillədə yer alan “Mançester Yunayted” məğlub olub. “Siti” ilə 16 xallıq fərq 5 turda riyazi olaraq bağlanmayacağı üçün “Mançester Siti”nin çempionluğu rəsmiləşib.

Qeyd edək ki, “Mançester Siti” dünən “Tottenhem” səfərində 3-1 qalib gəlmişdi.

“Mançester Yunayted” - “Vest Bromviç” - 0:1

Qol: Rodrigez, 73



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi