“Mançester Yunayted” Mourinyonu istefaya göndərdi

mancester-yunayted-mourinyonu-istefaya-gonderdi
Oxunma sayı: 2680

İngiltərənin “Mançester Yunayted” klubu Joze Mourinyonu istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi uğursuz nəticələrə görə portuqaliyalı çalışdırıcı ilə yolları ayırıb. 

***

55 yaşlı çalışdırıcının müqaviləsinə klub tərəfindən xitam verilib. Mançester təmsilçisi portuqaliyalı mütəxəssisə böyük məbləğdə təzminat ödəməli olacaq. “Qırmızı şeytanlar”ın rəhbərliyi 55 yaşlı məşqçini vaxtından əvvəl vəzifəsindən kənarlaşdırdığı üçün 24 milyon funt sterlinq ziyana düşüb. 

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 17 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. 

***

İngiltərə mətbuatının yaydığı məlumata görə, Mourinyonu postunda "Real"la 3 dəfə Çempionlar Liqasını qazanmış Zinəddin Zidan əvəz edəcək.