“Mançester Yunayted” Yay Futbol Məktəbi 2-ci dəfə Azərbaycanda

mancester-yunayted-yay-futbol-mektebi-2-ci-defe-azerbaycanda
Oxunma sayı: 951


Layihə çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının (AFFA) dəstəyilə Azərbaycanın 5 bölgəsində seçim turları təşkil olunur. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad Bakıdatəşkil olunan və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcəklər.

Seçim turları aşağıdakı tarixlərdə Tovuz, Gəncə, Qax, Sumqayıt və Bakıda keçiriləcək: 

 

 

Tovuz şəhər stadionu

Ünvan: Tovuz ş. Səməd Vurğun küç. 34

 

 

5 may - qeydiyyat

6-7 may - seçim

 

Gəncə, AFFA-nın süni örtüklü meydançası

Ünvan: Gəncə ş. Nizami Gəncəvi küç. 24

 

8 may - qeydiyyat

9-10 may - seçim

 

Qaxşəhərstadionu

Ünvan: Aydın Məmmədovküç. 42

 

11 may - qeydiyyat

12-13 may - seçim

 

Sumqayıt FK-nınstadionu

Ünvan: Sumqayıt ş. SəmədVurğunküç. 25

 

 

14 may - qeydiyyat

15-16 may - seçim

 

Bakı, Bayılstadionu

Ünvan: Səbail r-nu, Salyanşossesi 23, 20-ci sahə

 

18 may - qeydiyyat

19-20 may - seçim


Seçimlər AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə keçiriləcək. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetiriləcək. Ödənişsiz əsaslarla keçiriləcək seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.

Seçim turundan uğurla keçən uşaqlar 2-5 iyun tarixlərində Bakıdakı “Dalğa Arena” stadionunda təşkil olunacaq və “Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər.

““Mançester Yunayted” Yay Futbol Məktəbinin keçən ilki nəticələri həm Azərbaycan futbolu, həm onun iştirakçıları, həm də Bakcell və AFFA üçün çox böyük uğur idi. Biz inanırıq ki, bu uğur ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik olan uşaqlar üçün bir stimula çevrilib və onlar bu dəfəki yay məktəbində də böyük həvəslə iştirak edəcəklər. Biz bu yay məktəbinin ən azı, keçən ilki qədər uğurlu olmasını gözləyirik”, Bakcell-in baş marketinq direktoru Aynur Abjanova deyib. 
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: “AFFA və Bakcell şirkətinin əməkdaşlığı çərçivəsində “Mançester Yunayted” Yay Futbol Məktəbinin seçim turlarının və məşqlərinin Azərbaycanda təşkili uşaq futbolunun inkişafına öz töhfəsini verib. Biz artıq ikinci dəfə bu uğurlu təcrübədən yararlanmağı məqsədəuyğun saydıq. Ötən il Bakıda keçirilmiş təlim-məşq toplanışında seçilən 6 gənc istedad Mançester şəhərinə səfər edib əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted” Futbol Akademiyası ilə tanış oldu, eləcə də “Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etdi. İştirakçılardan biri - Tamerlan Rizvanov  xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəldi. Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa əsas verir və inanırıq ki, builki yay məktəbi də uğurlu olacaq, Azərbaycan futbolunun inkişafına daha bir töhfə verəcək”.