“Mançester Yunayted”dən Keyn üçün rekord təklif

mancester-yunaytedden-keyn-ucun-rekord-teklif
Oxunma sayı: 746

Ötən il Pol Poqba üçün rekord məbləğ - 105 milyon avro ödəyən “Mançester Yunayted” bu il həmin rekordu təzələyə bilər.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Joze Mourinyo “Tottenhem”in 23 yaşlı ulduzu Harri Keyni heyətinə qatmaq istəyir.

Portuqaliyalı mütəxəssis klub rəhbərliyindən Keyn üçün 114 milyon avro transfer büdcəsi ayrılmasını istəyir.

Əgər bu transfer baş tutarsa Keyn dünyanın ən bahalı futbolçusu rekordunu qıracaq.