“Mançester Yunayted”dən sensasiyalı məğlubiyyət

mancester-yunaytedden-sensasiyali-meglubiyyet
Oxunma sayı: 3534

 “Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 3-cü raundunda “Derbi Kaunti”yə uduzaraq turniri tərk edib.

“Qafqazinfo” xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən matç 2:2 hesabı ilə bitib.

“Qırmızı şeytanlar”ın heyətində Xuan Mata və Maruan Fellaini”, “Derbi”də isə Harri Uilsonla Cek Merriot fərqləniblər. 

Penaltilər seriyasında "Derbi Kaunti" 8:7 hesabı ilə üstün olub.