“Mançester Yunayted”in Futbol Yay Məktəbinə seçimlər başladı

mancester-yunaytedin-futbol-yay-mektebine-secimler-basladi
Oxunma sayı: 815


“Mançester Yunayted” futbol klubunun təşkil etdiyi ikinci Yay Futbol Məktəbinin seçim mərhələsi başladı! Artıq mayın 5-də Tovuzda azyaşlı futbol istedadlarının seçilməsinə start veriləcək. Seçimlərə qatılmaq üçün tibbi arayış və doğum haqqında şəhadətnaməni gətirməyi unutma! 

Xatırladaq ki, qaliblər İngiltərədə “Mançester Yunayted”in bazasında məşq etmək şansı qazanacaqlar.

Bakcell-in sponsorluğu ilə təşkil olunacaq Yay Futbol Məktəbinə düşmək üçün Azərbaycanın bir neçə şəhərində seçim turları keçirilir. Aşağıda bu şəhərlərin siyahısını təqdim edirik. 

 

Şəhər

Ünvan

Tarix

Saat

Tovuz

Səməd Vurğun küç., 34, Tovuz şəhər stadionu

5 may

09:00 – 13:00

Gəncə

Nizami Gəncəvi küç., 24, AFFA-nın süni örtüklü meydançası

8 may

09:00 – 13:00

Qax

Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu

11 may

14:00 – 18:00

Sumqayıt

Səməd Vurğun küç., 25, “Sumqayıt” FK-nın stadionu

14 may

14:00 – 18:00

Bakı

Səbail rayonu, Salyan şosesi, 23, 20-ci sahə,  “Bayıl Arena” stadionu

18 may

09:00 – 13:00