“Mançester Yunayted”in futbolçusu hakim qarşısına çıxacaq - Rüşvət qalmaqalı

“Mançester Yunayted”in futbolçusu hakim qarşısına çıxacaq
Oxunma sayı: 976

“Mançester Yunayted”in ispan futbolçusu Ander Herreranın başı dərddədir.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı futbolçu “Saraqosa” forması geyinərkən 2011-ci ildə “Levante” ilə matçda rüşvət qarşılığında qanunsuz hərəkət etməkdə ittiham edilir. Lakin, Herrera iddiaları qəbul etməyib və futbolda ədaləti sevdiyini dilə gətirib.

“Saraqosa”nın 2-1 qalib gəldiyi matçdan sonra “Deportivo” aşağı liqaya düşmüşdü. Həmin matçla əlaqədar Herrera ilə yanaşı 41 futbolçu da dindiriləcək.

Hüquq-mühafizə orqanları matçdan sonra Herreranın klubdan böyük məbləğdə iki dəfə pul aldığını üzə çıxarıb. Pulun 1 milyon avrosunun “Levante”li futbolçulara verildiyi ehtimal edilir.

Qeyd edək ki, iddia sübuta yetirilərsə məhkəmə işində adları hallanan futbolçulara 6 aydan 4 ilə qədər həbs cəzası verilə bilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi