“Mançester”li futbolçunun maşını yumurta atəşinə tutuldu – Foto

mancesterli-futbolcunun-masini-yumurta-atesine-tutuldu-foto
Oxunma sayı: 630

“Qafqazinfo”nun İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, gənc futbolçu “Mançester Yunayted” azarkeşlərinin qəzəbinə tuş gəlib. “Tottenhem”lə premyer-liqa matçından sonra restorana yola düşən 21 yaşlı Mario MY azarkeşləri ilə rastlaşıb. Fanatlar futbolçunun “Bentli” markalı avtomobilini yumurta atəşinə tutublar. Bu səbəbdən Balotelli həmin yerdən uzaqlaşmağa məcbur olub.

Qeyd edək ki, “Mançester Siti” – “Tottenhem” (3:2) qaşılaşmasında rəqib komandanın yarımmüdafiəçisi Skot Parkerin əlini tapdalayan Mario Balotelli meydandan qovulmamış vəazarkeşlərin təzyiqi ilə üzləşmişdi. Oyunun uzatma dəqiqələrində isə MS məhz Balotellinin penalti zərbəsi ilə qələbə topunu vurmuşdu.

Ceyhun Əhmədov