Mançini daha bir ulduzun axırına çıxdı- - Video

mancini-daha-bir-ulduzun-axirina-cixdi-
Oxunma sayı: 1439


“Qafqazinfo” xəbər verir ki, çalışdığı əksər klublarda ulduz futbolçularla dalaşan və sonda onların klubdan getməyinə nail olan Mançini bu dəfə Droqbayla eyni cür davranıb. Artıq bir neçə aydır Mançini ulduz futbolçunu bacardığı qədər gözümçıxdıya salır. Dünən keçirilən “Karabükspor” matçında görüşün 89-cu dəqiqəsində, Cim Bom-un qola ehtiyacı olduğu anlarda, italyan mütəxəssis dəyişiklik edərək Droqbanın yerinə öz sevimli futbolçusu Ceyhun Gülselamı oyuna daxil edib. 

Əvəzləndiyini görən Droqba əsəbiləşib və ehtiyat oyunçular skamyasında su şüşələrini təpikləyib.

Xatırladaq ki, Mançini buna qədər "Mançester Siti"də baş məşqçi kimi çalışdığı dönəmdə Karlos Tevez və Mario Balotelli ilə də dəfələrlə dalaşıb. 

Qeyd edək ki, dünən keçirilən "Karabükspor"- "Qalatasaray" matçı 0-0 hesabı ilə başa çatıb.

 


 İqbal