“Mango” və “Zara”nın Gürcüstanda fabrikləri açılır

mango-ve-zaranin-gurcustanda-fabrikleri-acilir
Oxunma sayı: 1010

Gürcüstanın Quriya bölgəsində məşhur geyim brendləri “Mango” və “Zara”nın müəssisələrinin açılmağı planlaşdırılır.
 

“Qafqazinfo”nun “Biznes Qruziya”ya istinadən verdiyi məlumata görə, bu barədə Quriyanın qubernatoru Giorgi Salukvadze bildirib.

Onun sözlərinə görə, mövcud məsələ ilə bağlı aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir və yekun nəticələr yaxın zamanlarda məlum olacaq.

Qubernator “Zara” və “Mango”nun fabriklərində daha 10 dünya brendi üçün geyimlər tikiləcəyini qeyd edib: “Layihəyə bir neçə milyon dollar investisiya qoyulacaq. Ozurqeti şəhərində tikilməsi nəzərdə tutulan hər iki zavodda 300-500 insan işləyəcək”.