Manqal qalayarkən meşəni yandırmışdılar - Tarixi cəza verildi

manqal-qalayarken-meseni-yandirmisdilar
Oxunma sayı: 3114

İtaliyanın Komo gölü yaxınlığındakı bir evdə küləkli havada manqal qalayarkən meşə yanğınına səbəb olan 2 tələbəyə ümumilikdə 27 milyon avro cərimə təyin edilib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, 22 yaşında olan Alessio Molteni və Daniele Borgi adlı tələbələrin hər biri 13,5 milyon avro ödəməli olacaqlar.

Molteninin vəkili hadisədə məsuliyyət daşıyan şəxslərin tələbə olmalarının nəzərə alınmasını istəyib və bu miqdarda cəzanı ödəyə bilməyəcəklərini deyib. O, qərarla bağlı yuxarı instansiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Lombardiya vilayətinin isə valisi verilən cəzanın dəyən ziyan və yanğını söndürmək üçün çəkilən xərclər nəzərə alınaraq verildiyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin 30 dekabrında baş vermiş hadisə zamanı 1000 hektarlıq meşə yanaraq külə dönmüşdü.