Maqadana iyulda qar yağdı - Video

maqadana-iyulda-qar-yagdi
Oxunma sayı: 1601

Rusiyanın Maqadan vilayətində iyulda qar yağıb.

“Qafqazinfo” vesti.ru-ya istinadən xəbər verir ki, artıq avtomagistrallar, dolanbaclar tamamilə qarla örtülüb. İyulda qar yağması region üçün ilk anomal hadisədir. Sinoptiklər növbəti günlərdə qarın tədricən əriyəcəyini və gündüz temperaturun 22 dərəcə təşkil edəcəyini proqnozlaşdırıblar.

Gecələr temperatur mənfi 4 dərəcə təşkil edir. Qeyd edək ki, Maqadanda ilk qar yağışı adətən avqustun sonunda başlayır.