Maqsud İbrahimbəyova mükafat verildi, amma... - Video

maqsud-ibrahimbeyova-mukafat-verildi-amma-video
Oxunma sayı: 655

MDB üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunan “Birliyin ulduzları” mükafatı bu il Rusiya Federal Şurasının Başçısı Valentina Matvienko tərəfindın təqdim edildi. Azərbaycanın görkəmli yazıçısı ve senaristi Məqsud İmrahimbəyov humanitar sahədə fəaliyətinə görə “Birliyin Ulduzları” mükafatına layiq görülüb. Lakin o səhhətində yaranmış problemlər səbəbindən Moskvaya gələ bilmədiyindən mükafatı onun həyat yoldaşı Anna İbrahimbəyova aldı.

Anna İbrahimbeyova bildirib ki, ürəyindəki problemlərlə bağlı onun vəziyyəti bir az ağırlaşıb: "Ona görə gələ bilmədi. Ancag bu gün onunla telefonla danışdım, indi özünü yaxşı hiss edir. Mən çox şadam ki ölkəmiz, Azərbaycan və prezidentimiz onun bu mükafata namizədliyini irəli sürdü və mükafat ona verildi”.

Azərbaycanın Rusiyadakı səfiri, Polad Bülbüloğlu: “Bu fondun bir nümayəndəsi olaraq mən çox şadam ki, hər il Azərbaycanın nümayəndələri bu mükafatı alır. Bildiyiniz kimi keçən il bu mükafat Azərbaycanın birinci xanımı Mehriban xanıma verilmişdi. Onun burada olması ve bu təqdimatı qəbul etməsi çox böyük uğurdur. Men çox şadam ki bu il bu mükafat tanınmış yazıçımız, gözəl sənətkar Məqsud İbrahimbeyova verildi. Bu ilki mükafatları Federal Şuranın sədri Valentina Matvienkonun təqdim etməsi də göstərir ki Rusiyada bu mükafata böyük önəm verirlər”.

Məşhur skripka ustası Dmitriy Koganın “Volga Filarmonic” simfonik kamera orkestri ilə birlikdə və opera sənətçisi Zurab Sotkilavanın ifa etdiyi parçalar da gecəyə ayrı reng qatdı.

Xatırladaq ki, “Birliyin ulduzları” dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında Humanitar Əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur. “Birliyin ulduzları” pul mükafatı, diplom ve fəxri nişandan ibarətdir.