Maradonaya Hindistanda heykəl qoyuldu - Foto

maradonaya-hindistanda-heykel-qoyuldu
Oxunma sayı: 1540

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya Hindistada heykəl qoyulub.

“Qafqazinfo” xəbər verir ki, Kəlküttə şəhərində təşkil edilən mərasimdə Maradona da iştirak edib. Məlumata əsasən, Argentina formasında və əlində Dünya kuboku olan heykəlin hündürlüyü 3,5 metrdir.
 
Maradona mərsaimdə bunları deyib: “Futbol tanrısı deyiləm, sadəcə bir futbolçuyam. Burada heykəlimin qoyulması qürur vericidir”.
 
Xatırladaq ki, Maradona 1986-cı il dünya çempionatının qalibi olub.