“Maral-maral”a cəmi 11 manat

maral-marala-cemi-11-manat
Oxunma sayı: 2317


Müğənni “Qafqazinfo”ya bildirib ki, sentyabrın 13-də Yaşıl Teatrda “Sən mələksən” adlı solo - konsert verəcək: “Bu gün təşkilatçı Nahid Emiloğlu ilə danışdım və belə qərara gəldik ki, sentyabrda konsert verim. Bir neçə il bundan öncə baş tutan solo - konsertimi də elə Nahid təşkil etmişdi. Konsert gerçəkləşəcəyi gün nəhs günə, yəni 13-nə təsadüf etməsinə baxmayaraq, tamaşaçıları xoş sürprizlər gözləyir. Odur ki, gəlməyə dəyər”.

Qeyd edək ki, biletləri  avqustun 2-dən etibarən əldə etmək olar. Biletlərin qiymətləri isə 11 və 33 manat arasında dəyişir. 

Aynur