“Mardan Palace” otaq sifarişini dayandırdı - AST Telmanın oteli bağlandı?

mardan-palace-otaq-sifarisini-dayandirdi
Oxunma sayı: 1878

Azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan Palace”də artıq yer sifarişləri dayandırılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, otel internet vasitəsilə otaq sifarişlərini qəbul etmir. Belə ki, müştəri onlayn rezerv etmək istəyən zaman axtarılan kriteriyalara uyğun yer olmadığı bildirilir.

Bu da azmış kimi, otelin uzun zamandır maaş ala bilməyən işçiləri Əmək və İş İdarəsinə şikayət ediblər. “Mardan Palace”in rəhbərliyi isə otelin bağlanmadığını, rezervasiya qəbullarının 1 həftə müddətinə dayandırıldığını açıqlayıb.

Xatırladaq ki, bu ilin avqustunda da eyni problem yaşanmışdı və rəhbərlik otelin müvəqqəti olaraq bir həftəliyə rezervasiyaları qəbul etməyəcəyini açıqlamışdı. 

Aysel Kərimova