Mario Qomes Almaniya millisindən ayrıldı

mario-qomes-almaniya-millisinden-ayrildi
Oxunma sayı: 4653

“Ştutqart”da forma geyinən Mario Qomes Almaniya millisindən ayrılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə futbolçu “Facebook”da yazıb. Hər zaman Almaniya millisinə bağlı olacağını bildirən 33 yaşlı Qomes komandaya sevgisinin elə əvvəlki kimi qaldığını deyib. 

Qeyd edək ki, Qomes Almaniya millisində oynadığı 78 matçda hesabına 31 qol yazdırıb.