“Mariya” qasırğası 27 nəfərin ölümünə səbəb oldu

mariya-qasirgasi-27-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 862

Karib hövzəsində “İrma” və “Harvey” qasırğalarından sonra, “Mariya” qasırğası böyük itkilərə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa evləri uçurub, yol təsərrüfatına ziyan vurub və selə səbəb olub.

Təbii fəlakət nəticəsində Dominikada 15, Puerto-Rikoda 6, Haitidə 3, Fransaya məxsus Qvadalupa adasında 2 və Dominikan Respublikasında isə 1 nəfər ölüb.