Mariya Stadnik dünya çempionu oldu - Video

mariya-stadnik-dunya-cempionu-oldu
Oxunma sayı: 4940

Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, qadınların 50 kq çəki dərəcəsində Mariya Stadnik fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, həlledici görüşdə rumıniyalı Elmiliya Alina Vuka 13:0 hesabı ilə qalib gəlib.

***

Stadnik qələbə ilə bağlı fikirlərini bölüşüb: “Siz bilmirsiniz bu medala qədər hansı yollardan keçilib. Qazandığım medalı dünyanın ən yaxşı məşqçisinə, Andrey Stadnikə (həyat yoldaşı) həsr edirəm. Bu, onun əməyinin bəhrəsidir”.