Mariya Stadnikdən 70-ci qızıl - Yenilənir

mariya-stadnikden-70-ci-qizil
Oxunma sayı: 2885

Bu gün İslam Həmrəylik Oyunları çərçivəsində güləş yarışlarının son günü keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək.

48 kq

1-ci dövrə / Kheira Chaima Yahiaoui (ALG) - Mariya Stadnik

2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (TUR)

53 kq

1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (TUR)

2-ci dövrə / Aygul Nuralim (KAZ) - Leyla Qurbanova

55 kq

1-ci dövrə / Bediha Gün (TUR) - Nataliya Sinişin

2-ci dövrə / Emma Tissina (KAZ) - Nataliya Sinişin

3-cü dövrə / Odunayo Folasade Adekuoroye (NGR) - Nataliya Sinişin

58 kq

1-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (KAZ)

2-ci dövrə / Derya Bayhan (TUR) - Alyona Kolesnik

60 kq

1-ci dövrə / Tatyana Omelçenko - Gamze Nur Adakan (TUR)

2-ci dövrə / J. Essombe Tiako (CMR) - Tatyana Omelçenko

63 kq

1/2 final - Elmira Qəmbərova - B.Etane Ngolle (CMR) / B.Oborududu (NGR)

69 kq

1/4 final - Elis Manolova - B. Metala Epanga (CMR)

75 kq

1-ci dövrə / İrina Kazyulina (KAZ) - Səbirə Əliyeva

2-ci dövrə / Ayperi Medet Kizi (KGZ) - Səbirə Əliyeva

3-cü dövrə / Səbirə Əliyeva - Samar Hamza (EGY)

4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (TUR)

İlk görüşlər saat 10:00-da, final görüşləri 18:00-da başlayacaq.

***

63 kq çəkidə Elmira Qənbərova bürünc üçün xalçaya çıxacaq.

***

53 kq çəki dərəcəsində Leyla Qurbanova qızıl medal qazanıb.

***

Mariya Stadnik (48 kq) ilk görüşündə vaxtından əvvəl 34 saniyə ərzində tam üstünlüklə Əlcəzairdən olan rəqibi Keyira Çairma Yahiaoi üzərində qələbə qazanıb. Növbəti görüşünü axşam saatlarında aparacaq. Final xarakterli qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhan olacaq.

53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova ardıcıl olaraq Türkiyə təmsilçisi Burcu Kevic və Qazaxstan təmsilçisi Aygül Nuralim üzərində tam üstünlüklə qələbə qazanıb. Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

55 kq çəkidə Natalya Sinişin yarışır. Onun çəkisində 4 idmançı var. İlk görüşündə güləşçimiz Qazaxstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, ardınca Nigeriya idmançısına uduzub. Güləşçimizin son rəqibi Türkiyə təmsilçisi Bediha Gün olacaq. Güləşçimizin hansı əyarlı medal qazanacağı son görüşlərin nəticəsinə əsasən müəyyənləşəcək.

Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) də ilk görüşünü qələbə ilə başa vurdu. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq.

Tatyana Omelçenkonun (60 kq) mübarizə apardığı çəki dərəcəsində 3 idmançı iştirak edir. Birinci dövrəni qələbə ilə başa vuran Tatyana final xarakterli həlledici görüşdə kamerunlu Tiako Essombeyə qarşı çıxacaq.

Elmira Qəmbərova (63 kq) mübarizəyə yarımfinal mərhələsindən qoşulub. Bu çəkidə 6 güləşçi var. Yarımfinalda məğlub olan Elmira bürünc medal uğrunda görüşə çıxacaq. 69 kq çəkidə mübarizə aparan Elis Manolova Kamerun və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Qazaxstan təmsilçisi olacaq.

Səbirə Əliyeva (75 kq) keçirdiyi 3 görüşdən ikisində tam üstünlüklə qalib gəlib, bir görüşdə uduzub. Final xarakterli son görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi Yasemin Adar olacaq.

Final görüşləri 18:00-da başlayacaq.

48 kq

1-ci dövrə / Kheira Chaima Yahiaoui (ALG) - Mariya Stadnik 0:10

2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (TUR)

53 kq

1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (TUR) 4:0 (tuşe)

2-ci dövrə / Aygul Nuralim (KAZ) - Leyla Qurbanova 0:8

55 kq

 1-ci dövrə / Emma Tissina (KAZ) - Nataliya Sinişin 0:5 (tuşe)

2-ci dövrə / Odunayo Folasade Adekuoroye (NGR) - Nataliya Sinişin 6:2

3-cü dövrə / Bediha Gün (TUR) - Nataliya Sinişin

58 kq

1-ci dövrə / Derya Bayhan (TUR) - Alyona Kolesnik 6:14

2-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (KAZ)

60 kq

1-ci dövrə / J. Essombe Tiako (CMR) - Tatyana Omelçenko 0:6 (tuşe)

2-ci dövrə / Tatyana Omelçenko - Gamze Nur Adakan (TUR)

63 kq

Bürünc medal görüşü - B.Etane Ngolle (CMR) - Elmira Qəmbərova

1/2 final - Elmira Qəmbərova - B.Oborududu (NGR) 0:4

69 kq

FİNAL - Z.Bakbergenova (KAZ) - Elis Manolova

1/2 final - Elis Manolova - Buse Tosun (TUR) 5:0 (tuşe)

1/4 final - Elis Manolova - B. Metala Epanga (CMR) 6:0 (tuşe)

75 kq

1-ci dövrə / İrina Kazyulina (KAZ) - Səbirə Əliyeva 6:8 (tuşe)

2-ci dövrə / Səbirə Əliyeva - Samar Hamza (EGY) 0:5

3-cü dövrə / Ayperi Medet Kizi (KGZ) - Səbirə Əliyeva 4:8 (tuşe)

4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (TUR)

***

69 kq çəkidə Elis Manolova qazaxıstanlı Jamila Bakberqenova qalib gələrək qızıl medal qazanıb.

***

Güləşçimiz Mariya Stadnik türkiyəli Evin Dəmirhana qalib gələrək qızıl medal qazanıb.

***

Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.

***

Natalya Sinişin 53 kq-da gümüş medal qazanıb.

***

Alyona Kolesnik gümüş medal qazanıb.

***

Tatyana Omlichenko da qızıl medal qazanıb.

***

Səbirə Əliyeva gümüş medal qazanıb.