Mariya Zaxarova ən çox Azərbaycan xiyarını bəyənib

mariya-zaxarova-en-cox-azerbaycan-xiyarini-beyenib
Oxunma sayı: 699

Bu gün Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyində 28 May Respublika Günü münasibətilə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirin qonaqları arasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da olub.

Zaxarova tədbirdən sonra mərasimlə bağlı təəssüratlarını Feysbuk hesabında paylaşıb."Azərbaycan günü ilə bağlı keçirilən tədbirdə idim. On dəqiqəliyə baş çəkmişdim, amma ordan yarım saata çıxdım. Səfir Polad Bülbüloğlu məni plov və digər qida məhsulları ilə bol olan masa arxasında əyləşdirməyə çalışdı. Xalq axını və canlı ünsiyyət istəyimə üstün gəldi. Gedərkən özümlə xatirə olaraq Bakıda yetişdirilən xiyar və gilas götürdüm. Yeri gəlmişkən, Azərbaycan xiyarları ən yaxşıdır".