Mark Zukerberq siyasi qrup yaratdı

mark-zukerberq-siyasi-qrup-yaratdi-
Oxunma sayı: 640

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Mark Zukerberq ölkəsindəki siyasi hadisələrlə əlaqədar siyasi bir qrup yaradıb. The Vaşinqton Post qəzeti üçün qələmə aldığı yazıda sosial şəbəkənin sahibi ‘Fwd.us’ adlı qrup haqda danışıb. O, ABŞ-ın iqtisadi mənada irəli getməsi üçün immiqrantlar, təhsil və elmi araşdırmalar mövzularında yeni yanaşmalara ehtiyacı olduğunu bildirdi.

Zukerberq onu da qeyd edib ki, bunun üçün xüsusi qabiliyyətləri olan immiqrantlara vətəndaşlıq yolunun açılması lazımdır. Bundan başqa, “Facebook”un yaradıcısı məktəb standartları ilə yanaşı elm, texnologiya, mühəndislik, riyaziyyat mövzularına marağın artırılmasına da çağırıb.