Marneulidə 55 yaşlı kişi “donuz qripi”ndən ölüb

marneulide-55-yasli-kisi-donuz-qripinden-olub
Oxunma sayı: 813

Gürcüstanın Marneuli rayonunda 55 yaşlı kişi H1N1 virusundan dünyasını dəyişib.

"Qafqazinfo" gürcü KİV-nə istinadən xəbər verir ki, o, iki həftə idi ki, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə olub.

Marneuli İctimai Səhiyyə Mərkəzinin direktoru Eter Laperadzenin dediyinə görə, həmin şəxsdə “donuz qripi” ilə yanaşı, bir neçə xroniki xəstəlik də olub. Buna görə də xəstə virusa tab gətirə bilməyib və dünyasını dəyişib.

Laperadzenin bildirdiyinə görə, Marneuli miqyasında virusla mübarizə üçün Tamiflu preparatından istifadə olunur. 

Marneuli miqyasında ümumilikdə laboratoriya tərəfindən təsdiqlənmiş 7-8 “donuz qripi”nə yoluxma halı qeydə alınıb.