Marqvelaşvili Bakıdadır- - Yenilənib

marqvelasvili-bakidadir-
Oxunma sayı: 1212


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Prezident İlham Əliyev Azərbaycana rəsmi səfərə gələn Gürcüstan prezidenti Georgi Marqvelaşvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib. 


Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.


Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Georgi Marqvelaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.