Marşrut sürücülərinin zorladığı qadın ifadə verdi

marsrut-suruculerinin-zorladigi-qadin-ifade-verdi
Oxunma sayı: 639

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlamaqda təqsirləndirilən marşrut avtobusu sürücüləri - Tacəddin Zeynalov və Camal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə məhkəmə istintaqı başlayıb.

Proses qapalı keçirilib.

Prokuror ittiham aktını elan edib, T.Zeynalov və C.Tağıyev özlərini təqsirli bilmədiklərini deyiblər.

Bundan sonra zərərçəkən, 30 yaşlı qadın ifadə verib. O, zorlandığı gün başına gələnləri danışıb.

Məhkəmə prosesi mayın 26-da davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər 30 yaşlı qadını zorlamaqda, qanunsuz azadlıqdan məhrumetmədə, seksual xarakterli hərəkətə məcbur etməkdə ittiham ediliblər. 2016-cı il dekabrın 4-də 30 yaşlı qadın əvvəldən tanış olduğu, 65 saylı avtobusun sürücüsü Camal Tağıyevin evinə gedib. Orada yeyib içdikdən sonra 61 saylı avtobusun sürücüsü T.Zeynalovun ona qarşı seksual xarakterli hərəkət etməsinə qadın etiraz edib. Bundan sonra hər iki şəxs qadını zorlayıblar.

Murad Əhməd